sorğu
Belediyye.infoya daxil olan məlumata görə, “Novruz bayramı” münasibəti ilə Mingəçevir bələdiyyəsi sakinlərlə bayramlaşma tədbiri keçirib.
Tədbirdə Mingəçevir bələdiyyəsinin sədri Coşqun Abdullayev çıxış edərək mingəçevirliləri bayram münasibətiylə təbrik edib və onlara fəaliyyətlərində uğurlar diləyib.
Tədbirin sonunda 400 imkansız ailəyə bələdiyyənin vəsaiti hesabına alınmış ərzaq bağlamaları paylanıb.
Bayram sovqatı alan sakinlərdən Alıyev Qabil, Orucov Sərvaz və Zakirova Aynur ərzaq yardımı üçün bələdiyyəyə minnətdarlıqlarını bildiriblər.
Belediyye.info